Qarabağ MÜHARİBƏSİ: “Kim gözlənilmədən kütləvi raket hücumunu başlada bilsə, üstünlük onda olacaq...”

Qarabağ MÜHARİBƏSİ: “Kim gözlənilmədən kütləvi raket hücumunu başlada bilsə, üstünlük onda olacaq...”

"Kim gözlənilmədən kütləvi raket hücumunu başlada bilsə, üstünlük onda olacaq...” 

"Həm Ermənistan, həm də Azərbaycan   bütün ərazi boyu hədəfləri dəqiq məhv etmək imkanına malikdir...”
Yəqin ki, Azərbaycanın hərbi ekspertləri işğalçı ölkə ekspertinin tutarlı cavabını verəcək...

"Silahlanma yarışındakı tonu 2015-2016-cı illərdə olduğu kimi, Azərbaycan deyil, Ermənistan diktə edir.."

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu iddia ilə  bazar ertəsi Ermənistan Tədqiqat və İnkişaf İnstitutunun Müdafiə Tədqiqatları şöbəsinin müdiri, hərbi ekspert Leonid Nersisyan çıxış edib.

"Bu il Ermənistan və Azərbaycan arasındakı güc balansına təsir edən hərbi-texniki əməkdaşlıqla əlaqəli ən maraqlı şey dekabr ayında baş verdi. Bunlar Ermənistanın Rusiyadan "Tor-M2MK” hava hücumundan müdafiə sistemlərini alması, eyni zamanda "Su-30SM” qırıcılarının çox sürətli çatdırılması oldu. Bu, Ermənistan Silahlı Qüvvələrinin tarixdəki ən bahalı və ən böyük satınalması olub”- deyə erməni ekspert qeyd edib. 

"İndi "Su-30”-ların alınmasına birmənalı cavab görəcəyik. Təbii ki, bu, özünü Azərbaycanın guya 5-ci nəsil "Su-57” qırıcılarının alınmasında maraqlı olması kimi informasiya hücumları ilə göstərəcəkdir. Halbuki, həmin uçaqlar hələ  ixraca  hazır olmadığı üçün bu olduqca şübhəlidir ", -  Nersisyan belə deyib.

Onun sözlərinə görə, Azərbaycan ya eyni "Su-30”, ya da "Su-35S” almaq məcburiyyətində qalacaq. Eyni zamanda  düşmən ölkənin eksperti qeyd edib ki, 2016-cı ildən bu yana tərəflər daha uzunməsafəli və yüksək dəqiq silahlar almağa başlayıblar və indi hər iki tərəf də  bütün ərazi boyu hədəfləri dəqiq məhv etmək imkanına malikdir... 

"Müəyyən risklər isə onunla bağlıdır ki, hansı tərəf gözlənilmədən  əsas hərbi və mülki hədəflərə kütləvi raket hücumunu başlada bilsə,   üstünlük onda olacaq" - deyə Nersisyan vurğulayıb.

P.S. Yəqin ki, Azərbaycanın hərbi ekspertləri  işğalçı ölkə ekspertinin tutarlı cavabını verəcək...

Sultan Laçın





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az