Qarabağ problemi yoxdursa, bəs, Xankəndidəki mitinq nədir?

Qarabağ problemi yoxdursa, bəs, Xankəndidəki mitinq nədir?

İlham Əliyev Putinin üzünə dedi ki, Qarabağ problemi yoxdur. düz etdi və dəstəkləyirik. Amma bu iş necə olacaq?! Xankəndində onlar hər gün mitinq edəcək, "rusməramlılar” onları qoruyacaq, biz də Bakıda oturub deyəcəyik ki, Qarabağ problemi həll olunub?! Görməzdən gələcəyik, fikir verməyəcəyik?! Nə vaxta qədər?
Bu sözləri ReAL İH üzvü Natiq Cəfərli Azərbaycanın Xankəndi şəhərində erməni separatçıların keçirdiyi mitinq və Soçi görüşündə buna münasibət haqda qeyd edib.

Ekspert bildirib ki, dövlət olaraq hansı taktikanı seçdiyimiz bəlli deyil:

"Bütün bu suallar açıqdır, müzakirə olunmalı, çıxış yolları tapılmalıdır”.

N.Cəfərli bildirib ki, dünyanın hazırda sanksiyalar altında qalan iki ölkəsi – Rusiya və İran Ermənistanı bütün vasitələrlə dəstəkləyir:

"Bizim XİN niyə aqressiv şəkildə bu məsələni dünyaya təqdim edə bilmir?! Ermənistanı məhz bu iki aqressor-dövlətin dəstəklədiyindən niyə təbliğatda istifadə etmir?”




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az