"Qarabağda erməni silahlı dəstələriylə Rusiya hərbçiləri arasında toqquşmalar gözlənilə bilər"- Şahin Bağırov


Cənubi Qafqazda Türkiyə -Rusiya tandemi: regional oyunçular qlobal güclərə qarşı

"Ermənilərin son illuziyaları  ATƏT-in Minsk Qrupunun aktivləşməsiylə Dağlıq Qarabağda hansısa status  söhbətinin  yenidən dirilə bilməsidir. Şübhəsiz, bu istiqamətdə son səylərini də  axıra qədər davam etdirəcəklər. Onlarda bu inamı yaradan birmənalı olaraq digər iki həmsədr ölkəyə - ABŞ və Fransaya bəslədikləri ümidlərdir. Halbuki üçüncü həmsədr ölkə olan RF özü də bunun əleyhinədir. Odur  ki, Rusiya  dövləti ABŞ və Fransanın regiona gəlişini əngəlləmək  və  onları ofsaytda  saxlamaq  üçün Türkiyə amilindən  məharətlə  bəhrələnir. Yəni  Türkiyəylə  birgə  6 -lıq formatla regional inkişafı qabartmaq və  digər iki həmsədr ölkənin regiona müdaxilə potensialını sıfırlamaq məqsədi  güdülür. Baxmayaraq ki, Ermənistan üçtərəfli bəyannamənin  şərtlərinə  əməl  etmək  zorundadır. Amma erməni tərəfi digər  tərəfdən ABŞ və  Fransanı Yuxarı Qarabağın status  məsələsinə  cəlb  etmək  üçün  əlindən  gələni edir."

Bu fikirləri AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent Şahin Bağırov Miq.Az-a bildirib. 

Alimin fikrincə məhz Xocavənddə məskunlaşmış ermənilərin Qaragen Njdeyə abidə ucaltmaları bizdən çox,  Rusiya dövlətini  qıcıqlandırmaq  məqsədi güdə  bilər:

 "Belə provakasion situasiyalar çox ola bilər. Erməni silahlı dəstələrinin  Rusiya hərbçilərilə də  toqquşmaları gözlənilə  bilər ki, regionda situasiyanı dəyişə bilsinlər. Yetər ki,  onların ABŞ-ın Bayden admnistarasiyasından "gözlədikləri mövqe" öz təstiqini  tapsın. Əlbəttə, bu baş verərsə, onda artıq  erməni seperatçılarını  körükləyən RF yox, məhz ABŞ və Fransanın  olacağı  birmənalı şəkildə başa  düşülməlidir."

Şahin Bağırov qeyd edir ki, rəsmi Ankaranın Yuxarı  Qarabağda Rusiyanın yanında olması Kremlə hava-su  kimi  lazımdır:

Nikbin olmamağa əsas verən digər  məsələ isə Bayden admnistrasiyasının bu məsələdə Rusiyayla hansısa güzəştli konkret anlaşması ola bilərdi. Müşahidələr isə əsas vermir ki, Rusiya üçün  ABŞ-la  "arzuolunan" proqnozları  özünü  doğrultsun. Digər tərəfdən, Türkiyənin gəlişində də yubanma müşahidə olunurdu. Rusiya isə Türkiyəylə birgə monitorinqin təşkil olunmasına axırlarda çox tələsirdi. Şübhəsiz, bunlar yeni ABŞ prezidentindən dolayı gözləntilərlə əlaqəli ola bilərdi. İstər Türkiyənin, istərsə də Rusiyanın Qərbdən əndişələnmə əmsalında bilavasitə ekvalentllik müşahidə olunmaqdadır. Türkiyənin Cənubi Qafqaza gəlişi Rusiyanın regionda ABŞ və Qərb dövlətlərinə qarşı əlini gücləndirir. Bu isə Dağlıq Qarabağ  probleminin həllində Rusiyanın  təkbaşına vasitəçiliyə sahiblənməsini  və  Türkiyənin onun  üçün "ildırımötürən" rolunu  oynamasını  şərtləndirir... Azərbaycanın maraqları üçün isə  bu amili kosmik, ilahi bir hədiyyə kimi dəyərləndirmək mümkündür."-deyə alim bildirdi.

Sevinc Muradxanlı
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az