Qarabağla bağlı qərarlar bizi qane etməyəcək - Ermənistan prezidenti

Qarabağla bağlı qərarlar bizi qane etməyəcək - Ermənistan prezidenti

Qarabağla bağlı qərarlar Ermənistanı qane etməyəcək, çünki geosiyasi və regional vəziyyət dəyişib.

Yenipress.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Vaqan Xaçaturyan deyib.

O bildirib ki, hazırda həqiqətən də çətin dövrlər gəlib çatıb, hər şey həlledici mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, söhbət Ermənistanın mövcudluğundan və Qarabağ məsələsinin həllindən gedir.

"Və bizdən realizm tələb olunur ki, düzgün qərarlar verə bilək”, - deyə Xaçaturyan vurğulayıb.

Prezident qeyd edib ki, qərar qəbul etmək çətin olacaq və əksər hallarda Ermənistan tərəfinin istəyini təmin etməyəcək.

Eyni zamanda o qeyd edib ki, məsələ İrəvanın öz istəklərindən əl çəkməsində deyil, geosiyasi və regional vəziyyətin dəyişməsindədir və bunu nəzərə almamaq olmaz.

"Hər şey çox sürətlə dəyişir”, - deyə Ermənistan prezidenti sözlərini yekunlaşdırıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az