Qarabağla bağlı ŞOK TAPŞIRIQ-Paşinyanın generallarla qapalı görüşünün detalları ÜZƏ ÇIXDI

 Qarabağla bağlı ŞOK TAPŞIRIQ-Paşinyanın generallarla qapalı görüşünün detalları ÜZƏ ÇIXDI

Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam saatlarında Müdafiə Nazirliyində qapalı iclas keçirib.

Ermənistan mediası qapalı iclasın müəyyən detallarını açıqlayıb.

İddialara görə, Paşinyan orduya müharibəyə hazırlıq tapşırığı verib. Belə ki, danışıqlar masasından qaçmağa hazırlaşan erməni baş nazir belə addımın müharibəyə səbəb olacağını anlayır. Buna görə də indidən ordunu gələcək müharibəyə hazırlaşdırır.

"Past” qəzetinin məlumatına görə, qapalı iclasda Paşinyan generallarla müharibə ssenarilərini müzakirə edib. Konkret hansı ssenarilər üzərində iş aparıldığı məlum olmasa da, Paşinyanın müdafiə naziri David Tonoyana ordudakı neqativ halların aradan qaldırılması tapşırığını verdiyi deyilir.

Görünür, Ermənistan danışıqları yenidən tormozlamağa çalışacaq./Publika.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az