“Qardaşım da şəhid olub, indi də oğlum...”-Şəhid atası

“Qardaşım da şəhid olub, indi də oğlum...”-Şəhid atası
22 yaşlı şəhid Elmir Zeynalovun cənazəsi doğulduğu Goranboy rayonunun Əhmədoba kəndinə gətirilib.

Şəhidin tabutu kənd qəbristanlığına döyüş yoldaşlarının çiynində aparılıb.

Ailənin yeganə oğlu olan Elmir I Qarabağ müharibəsi zamanı şəhid olan əmisi İman Zeynalovun məzarının yanında dəfn edilib. Tabutun üzərinə salınmış üç rəngli bayraq şəhidin atası Sərxan Zeynalova təqdim edilib.

"Qardaşım da şəhid olub, indi də oğlum rəhmətə getdi. Onların ikisi də Vətən yolunda gedib. Mən fəxr edirəm ki, onlar özlərini Vətənə qurban veriblər!"- deyə şəhidin atası bildirib.




Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az