Qarlı hava sabah da davam edəcək

Qarlı hava sabah da davam edəcək
Bakıda və Abşeron yarımadasında istirahət günü, yanvarın 29-da hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah paytaxtda mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 0-3° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. 

Yolların buz bağlama ehtimalı var.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az