“Qayalı” marketlərdə DÖVLƏT aldadılır?
Sumqayıtlılar redaksiyamıza müraciət edib
Sumqayıt şəhərində bir sıra ünvanlarda yerləşən "Qayalı” marketlər və topdansatış mərkəzlərində maliyyə maxinasiyaları ilə bağlı redaksiyamıza məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, market şəbəkəsinin rəhbərliyi dövlət vergisindən küllü-miqdarda vəsaiti gizlədərək mənimsəyiblər.
Sunmqayıt sakinlərinin bildirdiyinə görə hər ay bu ticarət və topdansatış mərkəzlərində dövlətə yüzminlərlə ziyan vurulur. Lakin vergilər nazirliyinin 2 saylı Ərazi vergilər idarəsinin rəhbərliyi qanun pozuntularını və vergi mənimsəmələrini görməməzliyə vurur. Məlumatda o da qeyd olunur ki, "Qayalı” marketlər şəbəkəsində işçilərin sayı da gizlədilir və onlarla əmək müqavilələri bağlanmır.
Hazırda redaksiyamıza daxil olan məlumatları araşdırırıq. "Qayalı” marketin rəhbərliyinin də qarşı tərəf kimi münasibətini öyrənməyə çalışacağıq.
Bizi izləyin
İkram Rafiqoğlu
Miq.az