Qədim Azərbaycan qalasına nəhəng Rusiya bayrağı asıldı...- FOTO

Qədim Azərbaycan qalasına nəhəng Rusiya bayrağı asıldı...- FOTO

UNESKO-nun Ümumdünya İrsi obyekti olan Dərbənddəki Narın-Qalanın divarlarından birinə böyük bir  üçrəngli rus bayrağı asılıb.

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.

Dağıstan Respublikasının Gənclərlərlə İş üzrə Nazirliyinin təşkil etdiyi tədbir Rusiyanın əsas dövlət simvolu - bayrağı gününə  həsr olunmuş "Vətənimin rəngləri" ümumrusiya aksiyası çərçivəsində keçirilib. 

Nazirlikdən bildirilib ki,  qədim qala divarlarından birinə asılmış bayrağın tutduğu sahə 600 kvadratmetr olduğundan  respublikada ən böyük bayraq sayılır. 

Xatırladaq ki, Dərbənd şəhəri 1796-cı ilədək, yəni Rusiya işğalınadək Azərbaycanın, o cümlədən Şah İsmayılın qurduğu Səfəvilər dövlətinin tərkibində Dərbənd xanlığının mərkəzi olub. 3-cü əsrdir Rusiya işğalında qalan Dərbəndin Azərbaycan- türk əhalisinə qarşı davamlı olaraq müxtəlif yollarla assimilyasiya siyasəti yürüdülür...

Sultan Laçın 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az