Qənirə Paşayeva: “Bəzən insanlar sevgiləri puç olanda...”

Qənirə Paşayeva: “Bəzən insanlar sevgiləri puç olanda...”

“Vətəninfo.az” millət vəkili Qənirə Paşayevanın sosial şəbəkəsinə istinadən sevgi haqqında yazdığı maraqlı statusu təqdim edir:

Bəzən insanlar sevgiləri puç olanda, sevdikləri qədər, sevgiləri qədər sevdiyindən sevgi görməyəndə və ya sevdikləri insan tərəfindən haqsızlığa, ədalətsizliyə məruz qalanda üzülürlər, peşman olurlar sevgiləri üçün. Və ən əsası ondan vaz keçirlər. Bu əsil sevgi deyil. Əsil sevgi odur ki, sevdiyin insanın sənə etdiyi bütün pisliklərə, kötülüklərə, haksızlık və ədalətsizliklərə ramən vaz keçmirsən onu sevməyə davam edirsən. Sevdiyindən vazkeçirsən və ya ona vazkeçdiyini söyləyirsən amma sevgindən vazkeçmirsən. Çünki Şəms Təbrizinin sözləri ilə desək "Səni özəl kılan sevdiyin deyil, sevgindi..." Sevdiyinin yanında olub-olmaması önəmli deyil, önəmlisi qəlbindəki, ruhundakı o böyük sevgidir. Səni saflaşdıran, durulaşdıran, özəl qılan, insanlaşdıran, böyüdən sevgin... O, üzdən sevdiyiniz tərəfindən tərk edilsəniz də, aşağılansanız da, qürürunuzü qırsa da, sizi üzsə də sevginizdən peşman olmayın, ondan vazkeçməyin. Çünki sevgi Allahın insana verdiyi ən böyük hədiyyədir. Allah hər kəsə böyük sevgini vermir, onun qəlbini, könlünü, ruhunu böyük sevgi ilə mükafatlandırmır. Belə böyük sevginin adı isə EŞQ-dir. Şəms Təbrizidən aşiq olmaqla sevmək arasında fərqi soruşanda belə demişdi o böyük aşiq. "Sənin baktığına hər kəs bakar; ama sənin onda görəbildiyini hər kəs görəməz. Hər kəs aşiq ola bilir; amma heç kimsə sənin gibi sevəməz. Tək fark sənsin. Səni özel kılan sevdiyin değil, sevgin..." Hər zaman sıradan, boz deyil, özəl insan olmağa çalışmaq ən gözəlidir. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az