Milli Məclisin 1 may iclasında, Şuşanın işğalının 20-ci ili ilə bağlı müzakirələrdə danışan deputat Qənirə Paşayeva bu şəhəri Azərbaycanın döyünən qəlbi saydığını deyib. Deputat türk dövlətlərinə səslənib: “Türk dövlətləri Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat versinlər. İslam Konfransı Əməkdaşlıq Təşkilatından da mövqe gözləyirik. Onlar tək açıqlama, bəyanat verməməli, Ermənistanla əlaqələrinə yenidən baxmalıdırlar.
YUNESKO-ya çağırış edirəm. Şuşada azərbaycanlıların izlərini silməyə, qəbiristanlıqlarımızı dağıtmağa çalışırlar. Mədəni soyqırımı gedir. Beynəlxalq təşkilatların torpaqlarımızı işğaldan azad edəcəyinə inanmırıq. Torpaqlarımızı özümüz hərbi yolla azad edəcəyik. Mən bir vaxt jurnalist olanda ermənilərin təmsilçisi demişdi ki, Şuşasız azərbaycanlıların sayı azalacaq, Şuşada doğulan ermənilərin sayı artacaq və bu, ermənilərin lehinə işləyən amil olacaq. Mübariz İbrahimov göstərdi ki, Biləsuvarda doğulan gənclərimiz də torpaqlarımızı unutmur”.
Deputat Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun qəbul etməyə çağırıb.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ