Millət vəkili Qənirə Paşayeva bu günlərdə “HİV"-lə yaşayan Elnurə Əhmədovanın ölümü ilə bağlı öz sosial şəbəkəsində təsirli sözlər yazıb. “Vətəninfo.az” saytı millət vəkilinin yazdığı sözlərini olduğu kimi təqdim edir:
“Bütün gecə yata bilməmişəm, ağlamışam. Öz-özümə bağışla bizi Elnurə, bağışla demişəm. Biz hamımız cəmiyyət olaraq sənin faciəndə, ölümündə günahkarıq. Çünki sənə sahib çıxmadı toplum. Sən də hər bir cocuk kimi məsum, tərtəmiz doğulmuşdun. Səni çirklətdilər, o qədər incitdilər ki, insanları sevməməyə başladın. Deyə bilərlər ki, Qənirə xanım bir fahişənin ölümünəmi görəmi ağladınız bütün gecə? Mən həm ona, həm də bizə ağladım. Onu uşaq evinə salan atanı, ananı, övlad qədrini bilməyən valideynlərini düşündüm... İlahi dedim görəsən bu adamlar bilirlərmi ki, insanlar var bir övladının olması üçün nələr qurban verməyə hazırdırlar. Sonra o uşaq evini düşündüm. Demək ona yaxşı sahib çıxa bilməmişdilər. Sonra, sonra kiçik yaşlı 12-13 yaşlı bir qıza, bir körpəyə ilk toxunan o kişiyi, o alçağı düşündüm. İnsan bu cür alçaqlarla bir toplumda yaşadığına belə utanır. Elnurə öldü. Amma o bəlkə də bizim aramızda rahat gəzib hələ bir namus, qeyrətdən də danışır. Bu cür insanlara nifrət edirəm. Həyatda mənə ən böyük pislik etmiş insana belə acımasız davrana bilmirəm. Amma belə alçaqlara qarşı ən acımasız münasibəti göstərməyə inanın ki, hazırram. Çünki o bəlkə belə davranmasaydı, körpə bir qıza toxunub onu fahişəliyə itməsəydi tam tərsi ona bir qardaş, bir ata, bir qohum ən azı bir insan kimi sahib çıxıb kömək etmək istəsəydi, Elnurənin həyatı belə olmazdı... Sonra kiçik yaşlı bir qızın fahişəlikle məşğul olduğunu görüb onunla əlaqədə olan kişiləri düşündüm. İlahi dedim bu adamların görəsən anası, bacısı, qızı yox idimi? Niyə bu adamlar onun çarəsizliyindən, imkansızliğından, pis yola düşməsindən faydalanıb, istifadə edib. Niyə o adamlardan biri onu ilk başlanğıclarda bu yoldan xilas etməyi düşünməyib. Allahdan, Qeyrətdən, Namusdan o qədər çox danışırıq ki... Elnurə öldü... Görəsən o adamların vicdanı ən azı sızlayırmı, əzab çəkirlərmi... İnanmıram... Sonra özüm də qarışıq bütün toplumu yarğıladım. Bilirsinizmi, biz də günahkarıq. Heç kəs yaxasını kənara çəkməsin. Əgər toplumumuzda belə faciələr yaşanırsa biz hamımız hardasa günahkarıq. Demək ki, biz də sahib çıxa bilməmişdik ki, kiçik yaşlı bir qız belə faciələr yaşamağa məhkum olmuşdu. Amma bu qızla bağlı televiziyalarda hər gün məlumatlar gedəndə toplumda daha çox insanlar onu yarğılayırdı, ona kabus kimi baxırdı, çoxları qınayırdı, yarğılayırdı... Allah eşqinə bir az da anlayın, acıyın, ağrıyın, düşünün... Bəlkə bizim də günahımız var deyə... Kömək etmeye çalışın...
Mən bilmirəm Elnurə öləndə son sözü nə olmuşdu. Həyatdan bezmiş bu qız öləndə bizə toplum olaraq sizi bağışlıyıram dedimi... Amma mən bizi bağışlaya bilmirəm və bağışlaya bilməyəcəm. Bağışla məni Elnurə, bağışla bizi Elnurə...İndi bizim edəcəyimiz sadəcə bir şey var yeni Elnurələrin olmaması üçün bir az duyarlı olaq, daha vicdanlı olaq, bu cür insanlara sahib çıxaq. Yarğılamaq ən asanıdır, anlamaq isə çətindir, zordur. Gəlin artıq daha çox anlayaq, duyarlı olaq və gelin uşaq evlerindeki qızlarımıza sahib çıxaq. İmkanlı insanlara səslənirəm. Gəlin uşaq evlərindəki qızlarımızı mən də qarışıq himayəyə götürək. Onlara bir ev, bir yuva deyil, sevgi, qayğı, bir ailə tərbiyəsi də verək. Oları anlayaq, zamanında yanlış yola düşməkdən xilas edək. Varmısınız,.. Mən sizi gözləyirəm... Gəlin elə bu gündən başlayaq bu barədə addımlar atmağa... Bilmirəm nə qədər adam bunu deyəcək amma mən deyirəm, Allah sənə rəhmət etsin Elnurə və bizi bağışla..."