Qırğızıstandan sonra Qazaxıstandan Ərdoğana RƏDD CAVABI

Qırğızıstandan sonra Qazaxıstandan Ərdoğana RƏDD CAVABI

Qırğızıstandan sonda Türkiyə hakimiyyətinə daha bir etiraz Qazaxıstandan gəlib. 

 Qazaxıstan iqtidarı ölkədəki Gülən məktəblərinin bağlanması barədə Ankaranın tələbini rədd edib.

Türkiyə mətbuatının yazdığına görə, Qazaxıstan Təhsil Nazirliyi bununla bağlı rəsmi açıqlama ilə çıxış edib və açıqlamada 27 məktəbin bağlanmayacağını vurğulayıb. Nazirliyin açıqlamasında bildirilir ki, bu məktəblər əvvəllər olduğu kimi fəaliyyətini davam etdirəcək./Cebhe.info/

Şagirdlər və onların ailələri məktəblərin bağlanacağından narahatlıq keçirməsinlər. Məktəblər Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə o zamankı prezident Turqut Özal arasında əldə edilən razılaşmaya əsasən açılıb və fəaliyyətini əvvəlki qaydada sürdürəcək. Qeyd edək ki, rəsmi Ankara Türkiyənin Astanadakı səfirliyinə sözügedən məktəblərlə bağlı xəbərdarlıq etmiş və bağlanmaları barədə tələb irəli sürmüşdü. Ancaq Qırğızıstan kimi Qazaxıstan da Ərdoğan hökumətinin tələbini rədd edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az