Mehriban Zeynalova: “Çox təssüflər olsun bu problem hələdə qalmaqdadı”
Azərbaycanda azyaşlı qızların zorla ərə verilməsi məsləsi hələ də öz aktuallığını qoruyur. Əvvəllər bu problem ölkənn cənub bölgəsində da geniş yayıldığı təsdiqlənsə də, bu gün demək olar ki, Azərbaycanın istənilən bölgəsində azyaşlı qızların zorla ərə verilmələri halları artıb. “Təmiz Dünya”İctimai Birliyinin sədri Mehriban Zeynalova “vətənifo.az”a bunun səbəblərini deməklə bərabər yeni-yeni baş verən məslələrdən də danışdı.
- Təssüflər olsun ki, bu problem hələdə qalmaqdadır.Baxmayaraq ki, 2010-cu ildən məişət zorakılığının aradan qaldırılması haqqında qanun qəbul edilib.Təssüflər olsun qanunlar hələ də insanların həyatına tam olaraq müdaxilə edə bilmir.Səbəblərdən biri isə, qanunun icra mexanizminin tam hazır olmaması ilə bağlıdı.Bir məsəsləni diqqətinizə çatdırım ki, erkən nigahlar birbaşa məişət zorakılığının mərkəzində dayanmalıdır.Ailə Uşaq və Qadın Problemləri üzrə Dövlət komitəsi bu məsələ ilə bağlı davamlı mesajlarını verir.Lakin düşünürəm ki, düşünürəm ki,ölkədə ciddi və davamlı kompaniyalarla yanaşı cəzalandırma tədbirləri də tədbiq edilməlidir.
-Məişət zorakılığında daha çox günahlandırılan kişilərdi.Heç olubmu ki,hansısa kişi qadın təcavüzünə, yaxut da zorakılığına məruz qalması ilə bağlı şikayyət etsin?
-Bu bir stotipdir ki, kişilər qadın zorakılığı ilə bağlı şikayyətdən çəkinirlər.”Mən kişiyəm!” ifadəsi onlara bu addımı atmağa imkan vermir.Lakin bildiyimə görə,cuzi sayda da olsa bu müraciətlər olub.Sizə maraqlı bir məsələni danışmaq istəyirəm. Bu qanunun icra mexanizmi işləyəndə inanın ki,cərimələrin ödənilməsindən qaçmaq üçün kişilər qadınlardan daha çox müraciət edəcək.
-Yəni kişi qadına qarşı psixoloji təyziqlə onu vadar edecək ki,qadın hansısa addımlar atsın?
-Çox sadə.Əgər qadını psixoloji zorakılığa məruz qoyarsa o dahaçox özü şikayyət edəcək və bu cərimədən canınıqurtaracaq. Mən bit praqnozdu verirəm.Zamanı gələndə bunun təsdiqini gğrəcəksiniz.
-Azərbaycanda azyaşlı qızların satılması və ya faşəliyə cəlb olunmaları ilə bağlı statistik rəqəmlərdəki dəyişikliklər daha çox hansı yöndədir? Ürəkaçan bir vəziyyət yaranıbmı ölkədə?
-Qeyd edim ki,Azərbaycanda kiçik yaşlı qızların ölkədən daşınması faktları yox dərəcəsindədir.Lakin az yaşlı qızların faşəliyə cəlb edilməsi əsasən ailədaxili zorakılığın acı fəsadlarından biridir.Yəni erkən ərə verilmiş qızlar heç bir hüquqa malik olmadığından ailə qurantərəf onu bütün hüquqlardan məhrum edir və sonda da ailəsi tərəfindən qəbul edilməyən gənc qadın çox asanlıqla bu sahəyə meyillənməli olur. Çünki onun təhsili və peşəsi yoxdur.
-“Təmiz Dünya”ya bu qəbilədən olan müraciətlər gündəlik olunurmu?
- Yox gündəlik deyə bilmərəm. Çün ki, təssəvür edin bu müraciətlər gündəlik olarsa, ölkədə uşaq hüquqlarının kobud şəkildə pozulması məsələsi ortaya çıxa bilər.amma ölkədə təhsil ocaqlarında nəqədər uşqalarımız təhsil alır və təhsildən yayınmaların qarşısı alınır.Çox təssüflər olsun bu məsələ ilə bağlı hərdən rəqəmləri şişirdməyi sevənlər vardı.Amma bunun özü belə ədalətsizlikdir. Elə bir problem var, amma dediyiniz kimi kütləvi deyil.
Nurane