"Quli" və "Lənkəranski"nin qardaşı "Rufo"ya qarşı birləşdi - YENİ FAKTLAR


"Rufo Gəncinski” ləqəbli kriminal avtoritet Ülfət Tağıyev barədə yeni faktlar üzə çıxıb.

 Rusiya KİV-nə istinadən verilən məlumata görə, "Rufo" miqrantların saxlanma məntəqəsindən çıxdıqdan sonra Moskvada özəl klinikalardan birində müayinə olunub. Məlumatlı mənbənin dediyinə görə, "Rufo" Rusiyada yaşayan azərbaycanlıların dəstəyini qazanıb.

O da məlum olub ki, indi Moskvada vaxtilə bir-biri ilə düşmən olan "Lotu Quli”nin qardaşı Namiq Səlifov və "Rövşən Lənkəranski"nin qardaşı Namiq Canıyev ona qarşı birləşiblər. (lent.az)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az