Adil Əliyev: “2015-ci il Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi Avropanın ölkəmizə verdiyi dəyərin nəticəsidir”
“Vətəninfo.az” millət vəkili Adil Əliyevin Sia-ya verdiyi müsahibəni təqdim edir
- Adil müəllim, 2015-ci ildə Avropa Olimpiya Oyunları Azərbaycanda keçiriləcək. Bu qərarı Avropanın Azərbaycana xüsusi önəm verməsinin nəticəsi hesab etmək olarmı?
- Ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi onun inkişafının göstəricisidir. Ümumiyyətlə, Azərbaycan təkcə idman yarışmalarına yox, bir sıra mötəbər konfraslar keçirməklə öndə gedən ölkələr sırasına daxil olmuşdur. Bu da onu göstərir ki, Azərbaycan beynəlxalq yarışların, konfransların keçirilməsinə imkanları və potensialı olduqca genişdir. Ölkəmiz idman sahəsindəki uğurları, müvəfəqiyyətləri ilə dünyada tanınır. Bu gün ölkəmizdə Avropa standartlarına tələblərinə uyğun idman kompleksləri, olimpiada mərkəzləri fəaliyyət göstərir. Təhlükəsizlik baxımdan da ölkəmiz geniş imkanlara malikdir. Hesab edirəm ki, bundan sonra da əldə olunan naliyyyətlər və uğurlar Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə gətirib çıxaracaq.
- Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsi Azərbaycanın iqtisadi-inkişaf və digər sahələrdə dünyanın aparıcı dövlətləri ilə bir sırada olmasına dəlalət edirmi?
- Əlbətdə, Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətdir. Təbii ki, ölkəmiz iqtisadi inkişaf baxımında aşağı göstəricilərə malik olsaydı Avropa ölkələri olimpiada kimi mühüm yarışın Azərbaycanda kecirilməsinə razı olmazdılar. Bu zaman isə Azərbaycanın adı heç namizədlər sırasına da daxil ola bilməzdi. Azərbaycan isə hər il iqtisadiyyatını inkişaf etdirir və bunu bütün dünyaya sübut edir. Bu gün ölkəmiz nəinki regionda, hətta bir sıra Avropa dövlətləri ilə müqayisədə iqtisadi vəziyyətinə görə ön sıralarda dayanır. Elə bunun nəticəsidir ki, bu il bütün dünyanın diqqətini özünə cəlb edən “Eurovision” yarışması Azərbaycanda keçirildi. Yarışma cox uğurla başa catdı. Şəhərimizə gələn qonaqlar xoş təəssüratlarla dövlətlərinə qayıtdılar.
- Adil müəllim, Ermənistan tərəfi iddia edir ki, Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar ədalətsizdir. Sizcə, Ermənistanın belə bir mövqe tutması nədən irəli gəlir?
- Hər keçən gün Azərbaycanın siyasi, həm də iqtisadi qüdrəti artmaqdadır. Bildiyimiz kimi Azərbaycan dünyada qlobal layihələrin həyat keçirilməsi ilə tanınır. Bütün bu uğurları gözü götürməyən qısqanclıqla yanaşan Ermənistan nə edəcəyini müəyyənləşdirə bilmədiyi üçün hay-küy qoparır. Ermənistan dövləti bütün gücünü ortaya qoysa da bu günə qədər heç bir sahədə uğur qazana bilməyib. Bu dövlət siyasi, iqtisadi cəhətdən olduqca zəifdir. Bu ölkə günü- gündən özünü iflic vəziyyətinə salır və bir qayda olaraq Azərbaycanda keçirilən bu tipli beynəlxalq yarışmalara qısqanclıqla yanaşırlar. Bu yarışmaya qatılmağa əslində özləri can atırlar. Bir sözlə Azərbaycan bu gün həm siyasi arenada həm də iqtisadi- sosial cəhətədn inkişafına heç bir qüvvə mane ola bilməz.
- Azərbaycanda keçirilən beynəlxalq idman yarışları zamanı erməni idmancılarının təhlükəsizliyinin qorunması ilə yanaşı insani bir münasibət sərgilənir. Lakin bu günlər Ermənistanda keçirlən boks yarışmasında azərbaycanlı idmançılara qarşı ermənilər çox yaramaz münasibət nümayiş etdirdilər. Onların belə mövqe ortaya qoyması insanlıqdan uzaq bir xalq olduqlarını nümayiş etdirmir ki?
- Ermənilər dünyada vəhşi xalq və dövlət kimi tanınır. Hələ zamanının böyük rus şairi Sergey Puşkin ermənilərin necə ləyaqətsiz millət olduğunu qələmə aldığı kitablarında qeyd edib. Ermənilər tarix boyu azərbaycınlılara qarşı qətliamlar, soyqırımıları həyata keciriblər. Ermənilər dinc yaşayan əhalini evlərində oturduqları yerdə gecə vaxtı oğru kimi hücum edərək vəhşicəsinə öldürmüşlər. Bu dövlət daima hiyləgərlik etməklə nəyəsə nail olmağa çalışıb. Lakin həmişə olduğu kimi Azərbaycan öz humanistliyini qoruyub, saxlamağı bacarır. Bu humanisliyimizi isə hər zaman beynəlxalq idman yarışları zamanı ölkəmizə gələn, ancaq Ermənistana üzüqara qayıdan erməni idmancılarına münasibətdə göstərib. Biz bir daha təsdiq edirik ki, Azərbaycan qonşu ölkələrə hörmətlə və humanistliklə yanaşır. Baxmayaraq ki, tarix boyu biz o humanistliyi görməmişik.
- Azərbaycanın dünyada yerinin və rolunun artması fonunda Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinə qərar verilməsi Ulu Öndər Heydər Əliyev siyasətinin əsaslı olduğunun və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricisi sayıla bilərmi?
- Tarixə nəzər salsaq görərik ki, Azərbaycanın hələ yenicə 20 illik müstəqiiliyi tamam olub. Azərbaycan gənc, müstəqil bir ölkədir. Artıq Azərbayacan öz inkişaf yolunu uğurla davam etdirir. Bu yolda isə onun qarşısına heç bir mane çıxa bilməz. Azərbayacan Ümumilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun inkişaf edir. Prezident İlham Əliyev geniş dünyagörüşə malik siyasətçi olduğundan Ulu Öndər Heydər Əliyevdən yürütdüyü siyasəti uğurla davam etdirir. Azərbaycanın 155 ökənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv secilməsi ölkə Prezidenti İlham Əliyevin siyasi, diplomatik proqramının nəticəsidir. Azərbaycanın mötəbər konfraslar ev sahibliyi etməsi və bununla da bütün dünya ölkələrinin diqqətinin Azərbaycana cəlb etməsi Prezident İlham Əliyevin uğurlarının nəticəsidir. Bunu təkcə biz yox, bütün dünya ölkələri söyləyir. Bu gün artıq Azərbaycan söz sahibinə cevrilib, hesablaşılan ölkə kimi tanınır. Təbii ki, bu uğurlar davamlıdır. Azərbaycan hələ Prezident İlham Əliyevin rəhbərliyi ilə cox uğurlara, naliyyətlərə imza atacaq. Qısası, Azərbaycanın bu günü kimi, sabahı da işıqlı və parlaqdır.