Yunanıstan nümayəndələrinin Azərbaycan qazının Avropaya satışı üçün nəzərdə tutulmuş Transadriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılması ilə bağlı ayrı-ayrı bəyanatları nəzakətsizdir. Bu barədə energetika naziri Natiq Əliyev açıqlama verib.
Onun sözlərinə görə, Yunanıstan tərəfinin fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasında yüksək səviyyədə iştirak etməsi və əvvəlki bütün sazişləri dəstəkləmələri, onlara sadiq qalmaları barədə bəyanatları kifayət edir.
Nazir qeyd edib ki, TAP Avropa layihəsidir: "Fikrimcə, Avropa, Aİ yarana biləcək məsələlərə müvafiq təsir göstərməlidirlər".
N.Əliyev əlavə edib ki, kimlərinsə ayrı-ayrı bəyanatlarının heç bir əhəmiyyəti yoxdur, çünki bizim beynəlxalq tanınmış sənədlərimiz var: "TAP Yunanıstan hökuməti ilə artıq çoxdan müvafiq saziş bağlamış konsorsiumdur. Yunanıstan hökuməti isə öz növbəsində, Albaniya və İtaliya ilə bənzər sazişlər imzalayıb".
Onun sözlərinə görə, TAP layihəsi digər layihələr kimi inkişaf edir: "Azərbaycanda işlər sürətlə gedir, biz bütün qrafik və proqramları qabaqlayırıq - həm "Şahdəniz" üzrə quyuların qazılması, platformaların inşası, boruların tədarükü və sair, həm də "Cənubi Qafqaz qaz kəməri"nin genişləndirilməsi layihəsi üzrə".
ANS
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”