"Lalə Şövkətdən qorxurlar"
Facebook sosial şəbəkəsində keçirilən soğru AXCP və Müsavat tərəfdarları arasında növbəti qalmaqal yaradıb. "Bu il oktyabrın 16-sı Prezident Seçkiləri Günüdür. Əgər seçkilər bu gün keçirilsəydi, hansı ictimai-siyasi xadimə səs verərdiniz?" adlı sorğunun nəticələrinə görə AXCP sədri Əli Kərimli Müsavat başqanı İsa Qəmbərdən 5 dəfə çox səs toplayıb. Bu isə AXCP tərəfdarlarına sosial şəbəkələrdə geniş təbliğat aparmaq, məhz Əli Kərimlinin İctimai Palatanın vahid namizədi olması ilə bağlı iddialar irəli sürməsi üçün əsas olub.
Məsələyə münasibət bildirən, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan «Vətəninfo.az»a açıqlamasında bildirdi ki, sorğunu keçirməkdə maraqlı olanlar Lalə Şövkət Hacıyevadan qorxurlar: "Əgər onlar Lalə xanımdan qorxmasaydılar, siyahıya onun adını əlavə edərdilər. Belə oldunda ilk yeri Lalə Şövkət Hacıyeva tutacaqdı. Bunu bildikləri üçün onun adını siyahıya salmayıblar. Bu çox tutarlı dəlildir. Ona görə də bu reallığı əks etdirmir" . Firudin