"Yenidən işğala məruz qalmayacağımıza kimsə təminat vermir”

"Yenidən işğala məruz qalmayacağımıza kimsə təminat vermir”

Cümşüd Nuriyev: “ “Nabucco” nun gələləcəyi Azərbaycandan asılı deyil”

“Nabucco” ətrafında baş verən hadisələrə Vətəninfo.az” saytına münasibətini bildirən siyasi politoloq Cümşüd Nuriyev qeyd edib ki, Avropa öz enerji təhlükəsizliyi problemini həll etmək üçün hər yerə əl atır.“ Avropanın “Nabucco”nu Azərbaycanın üstünə atmaqla məsuliyyətdən qaçmaq istədiyini bildirən ekspert vurğulayıb ki, təbii ki, Azərbaycan tərəfi də bu qaz kəmərinin çəkilişində maraqlıdır. Ona görə ki, bu kəmər iqtisadi cəhətdən ölkəmizə xeyir gətirəcək, həm də şaxələnmə baş verəcək”-deyə bildirib. Onun sözlərinə görə, Azərbaycan bu qaz taktikasından ərazi bütövlüyünün bərpa olunması üçün istifadə etməlidir. “Ona görə də birbaşa layihəyə “hə” demək və “donor” dövlət kimi çıxış etmək ərazi bütövlüyü olmayan bir dövlət üçün təhlükəlidir. Azərbaycan tərəfinə təminat verilməlidir ki, kəmərin çəkilişindən sonra ərazi bütövlüyümüz təmin olunacaq və boru üçün əlavə təhlükə yaranmayacaq”-deyə qeyd edib. Azərbaycanla Türkmənistan bu məsələdə razılığa gəldikdən sonra ölkəmiz üçün müəyyən təhlükələrin yarandığını qeyd edən politoloq hesab edir ki, Azərbaycanın qarantiyası yoxdur ki, sabah Avropa Rusiyanın qarşısında dura biləcəkmi? Politoloq bildirib ki, Azərbaycan bu vəziyyətdə donor dövlət kimi çıxış etməməli, eyni zamanda tranzitdən də gəlir götürməlidir.

O hesab edir ki, Azərbaycan Avropa dövlətləri ilə qazın alış qiyməti ilə bağlı müqaviləər imzalanmalıdır: “ “Nabucco” 3000 km dən artıq kəmər olduğuna görə qiyməti də artıb. Bu qədər vəsaiti kimsə öz üzərinə götürməlidir. Avropa isə krizis ərəfəsindədir. Belə bir şəraitdə Azərbaycan tərəfi niyə yükün altına girməməlidir, bizim imkanlarımız onsuz da var. Azərbaycan Avropaya görə iki demarş etdi. Biri Qəbələ RLS, digəri isə “Transxəzər” qaz boru kəməri layihəsidir. Bunun müqabilində isə ABŞ və AB Azərbaycan üçün heç nə etmədi”-deyə qeyd edib. 

Belə olan halda 3-cü demarşa ehtiyacın olmadığını vurğulayan ekspert bildirib ki, bu addım Azərbaycanın müstəqilliyini təhlükə altına sala bilər.“Yeni ərazilərimizin işğal olunmayacağına kimsə təminat vermir. Rusiya Gürcüstana qarşı müharibə edəndə Avropa qarşısını ala bilmədi. İndiki şəraitdə “Nabucco” nun gələcəyi iqtisadi cəhətdən Azərbaycandan asılı olsa da, siyasi cəhətdən belə deyil”-deyə fikrini tamamlayıb.

Ramilə



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az