Mərhum prezident Heydər Əliyevin ad günü ilə əlaqədar əfv sərəncamının imzalanacağı gözlənilir. Vətəninfo.az xəbər verir ki, Modern.az saytı Prezident yanında Əfv Komissiyasının üzvü, xalq şairi Zəlimxan Yaqubdan əfv sərəncamının verilib-verilməyəcəyin soruşub.
O bildirib ki, əfv sərəncamının imzalanması prezidentin səlahiyyətlərinə aiddir: “Əfv bu yaxınlarda, həftədə bir dəfə əfv etmirlər. Prezidentin öz işi, öz planı var. Yaxınlarda Əfv Komissiyasında iclas olmayıb. Yaxın vaxtlarda iclasın olub-olmayacağı barədə bir söz deyə bilmərəm. Prezident nə vaxt göstəriş verərsə, onda da bu məsələyə baxılacaq.
İstənilən vətəndaş, insan, hüquq müdafiəçisi çox söz deyə bilər. Sonuncu əfv sərəncamı mart ayında imzalanıb. İnanmıram ki, tezlikdə yenidən əfv sərəncamı imzalansın.
Zənnimcə, əfv olmayacaq”. 28 May - Respublika günü ərəfəsində əfv sərəncamının imzalanma ehtimalına gəlincə, komissiya üzvü bu barədə məlumatsız olduğunu bildirib.
Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı Modern.az saytına əfv sərəncamının imzalanmasını böyük həyəcan və səbirsizliklə gözlədiklərini vurğulayıblar. Sərəncamın imzalanacağı günə gəlincə, bunun birbaşa prezidentin səlahiyyətində olduğunu deyiblər.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?