Rafael Hüseynova yüksək vəzifə verildi

Rafael Hüseynova yüksək vəzifə verildi
Rafael Hüseynov Milli Məclis sədrinin müavini olub.

 

Rafael Hüseynov VII Çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında bu posta seçilib.

 

Rəfael Hüseynov parlamentdəki azlığın nümayəndəsi kimi bu postda təmsil olunacaq.

 

Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.

 

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az