Ramiz Mehdiyev yenidən dindirilib

Ramiz Mehdiyev yenidən dindirilib
Mehdiyev yenidən dindirildi: Əli Kərimli və Abbas Abbasovla bağlı...

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib.

Gununsesi.info–nun əldə etdiyi məlumata görə, müstəntiqlər bu dəfə Ramiz Mehdiyevi yaşadığı evində dindirib.

Buna səbəb isə onun səhhətindəki problemlər olub.

Bildirilir ki, Ramiz Mehdiyev bu dəfə AXCP sədri Əli Kərimli və baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı suallara cavab verib.

Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Onun barəsində Səbael Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az