Ramiz Mehdiyevlə bağlı həbs qətimkan tədbiri BU TARİXDƏ BİTƏCƏK

Ramiz Mehdiyevlə bağlı həbs qətimkan tədbiri BU TARİXDƏ BİTƏCƏK
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı seçilmiş 4 aylıq həbs qətimkan tədbiri fevralın 14-ü bitəcək.

"Yeni Sabah” xəbər verir ki, ötən il oktyabrın 14-də Səbail rayon məhkəməsi xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçmişdi.

Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri üzrə ittiham olunur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az