Rasim Məmmədovun həbsi mehdiyevlər üçün təhlükə yaradır - Hüquqşünas

Rasim Məmmədovun həbsi mehdiyevlər üçün təhlükə yaradır - Hüquqşünas
"Baku Stell Company” MMC şirkətinin rəhbəri Rasim Məmmədov həbs edilib. İş adamı 55 milyon manatı mənimsəməkdə ittiham olunur. Maraqlıdır, Ramiz Mehdiyevlə şərik olduğu deyilən Rasim Məmmədovun istintaqa məlum olmayan hansısa əməlləri ola bilər?

Hüquqşünas Əkrəm Həsənov Yenisabah.az-a açıqlamasında bildirib ki, 55 milyonu mənimsəyən adamın dövlət orqanlarında mütləq şəkildə güvəndiyi hansısa şəxslər var:

"Bu iş barədə mətbuatdan oxuduğum qədər məlumatlıyam. Belə başa düşürəm ki, 55 milyonu mənimsəyən adamın dövlət orqanlarında güvəndiyi hansısa şəxslər olub. Əgər olmasaydı, onun nə vəzifəsi vardı ki, bu işə də əl atırdı. Düzdür, şirkət rəhbəridir, amma yenə də bu məbləğ çoxdur. Ola bilər ki, bu, elə Ramiz Mehdiyevdir. Amma məsələni daha dəqiq yalnız istintaq müəyyənləşdirəcək.

Mətbuat bir tərəfdən yazır ki, guya Rasim Məmmədov mehdiyevlərin şikayəti ilə həbs edilib. Əgər həqiqətən də, belədirsə, onlar bunu etməzdirlər. Çünki son nəticədə məsələnin onlara qarşı çevrilmə ehtimalının olduğunu bilərlər. Bunu da istisna etməyək ki, bəlkə elə mətbuat bunu səhv yazır, həbs onların şikayəti əsasında baş tutmayıb, buna görə son nəticədə mehdiyevlər üçün də təhlükə yarana bilər. Burada hər bir variant mümkündür. İstintaqın nəticəsini gözləmək lazımdır”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az