"Region" TV adını dəyişdi


Azərbaycanda fəaliyyət göstərən "Region" TV adını bu gündən dəyişib.

Bu barədə Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

O bildirib ki, Region TV sentyabrın 5-də MTRŞ-yə adının dəyişdirilməsi və ARB TV olması ilə bağlı müraciət edib: "Televiziyanın müraciətində heç bir problem görülməyib və TV bu gündən yeni adla yayımlanacaq".

T.Məmmədov onu da bildirib ki, ölkədə RTV TV adlı region yayımçısı da olduğu üçün bəzən bu iki televiziya qarışdırılırdı. ("Report”)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az