Robert Koçaryan həbs edildi

Robert Koçaryan həbs edildi

Məhkəmə bu gün saat 23:30-da Ermənistanın ikinci prezidenti Robert Koçaryan barəsində həbs qəti-imkan tədbirinin seçilməsi haqqında xahiş üzrə qərarını səsləndirəcək.

 Ermənistan mətbuatı xəbər verir ki, bu haqda prokuror Ara Mnasakanyan bildirib.

"Hakimlər müşavirə otağına getdi. Qərar 23:30-da səsləndiriləcək”, – o deyib.

 Müstəntiqlər ona "qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az