Rusiya Prezidenti Vladimir Putin Hindistana səfər edib.
Vətəninfo.az-ın məlumatına görə, Hndistanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin bu ölkənin baş naziri Narendra Modi ilə iki ölkə arasında enerji və müdafiə sahələrində əlaqələrin genişləndirilməsi məsləsini müzakirə edib.
Bağlı qapılar arxasında keçən görüşdən sonra tərəflər müzakirə olunan məslələr barədə jurnalistlərə geniş açıqlama verməyiblər. Qısaca olaraq görüşün əsasən hərbi əməkdaşlıq, fəza kəşfləri və yeni nüvə enerji stansiyalarının inşası sahələrini əhatə etdiyi bildirilib.
Hindistanın baş naziri Narendra Modi bildirib ki, Rusiya Hindistanın ən güclü müdafiə partnyoru olacaq. SSRİ dövründə zəyifləyən əlaqələrin imalancaq sazişlərlə yenidən gücləndiriləcəyini bildirib.
Rusiyanın enerji nəhəngi "Rosatom"un rəhbəri Sergey Kiriyenko isə Hindistanla imzalanan 100.3 milyard dollarlıq razılaşmaya əsaəsn 20 il ərzində 12 nüvə reaktorunun inşa ediləcəyini bildirib.
Rusiya təbii qaz və neft şirkəti "Rosneft" isə Hindistanın neft şirkəti "Essar Oil" ilə 10 illik tərəfdaşlıq razılaşmasına imza atıb. Eyni zamanda səfər çərçivəsində iki ölkə arasında almaz ticarətinə dair də razılaşma imzalanıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib