Vətəninfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının aşağı palatasının Qadın-Uşaq və Ailə məsələləri üzrə komitənin sədri Yelena Mizolina əcaib bir təkliflə çıxış edib.
Komitə sədri bildirib ki, Rusiya Federasiyası prezidenti Vladimir Putinin spermasından rus qadınlara köçürülməklə silahlı qüvvələrə güclü əsgərlər və rus xalqı üçün elit kişilər dünyaya gətirmək olar.
Məlumata görə. Dövlət Dumasında Rusiyada genefonun qorunması ilə bağlı müzakirələr zamanı çıxış edən Yelena Mizolina bildirib ki. belə olacağı halda ölkəyə bağlı uşaqlar dünyaya gələcək. “Mənim təklifim çox sadədir. Rusiyada hər qadın hamilə qalıb uşaq dünyaya gətirmək üçün poçt vasistəsi ilə Putinin sperması olan genetik maddəni alacaqlar və beləliklə hamilə olacaqlar. Bu qadınlar eyni zamanda dövlət tərəfindən xüsusi statusa malik olacaqlar. Gələcəkdə Rusiya prezidentinin spermasından dünyaya gələcək uşaqlar dövlətin hərbi və siyasi elitasını formalaşdıracaq”. Millət vəkili bildirib ki. bu uşaqların təlim-tərbiyyəsi və təhsili də xüsusi qaydada aparılacaq.
Qeyd edək ki, Komitə sədri əvvəllərdə belə əcaib çıxışları ilə yadda qalıb. Belə ki, o bir müddət əvvəl Krımda yaşayan rusların ruslardan başqa digər xalqların nümayəndələri ilə cinsi münasibətdə olmamalarını bildirmişdi.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib