Rus sülhməramlıları Qarabağda nə iş görür? – AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda nə iş görür? – AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Rusiya Humanitar Mərkəzi vasitəsilə əraziyə 14 noyabr 2020-ci ildən sonra köçürülüb gətirilən erməni əhalisinə zəruri əşya, qida, o cümlədən dərman yardımı edib.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, rus hərbi həkimləri Azərbaycanın Qarabağ bölgəsindəki 1500-dən çox erməni sakinə tibbi yardım göstəriblər:

"Xəstəxanalara və kənd tibb məntəqələrinə 2810 kq zəruri dərman, septik çən, sarğı materialları və digər əşyalar, eyni zamanda şəhər xəstəxanalarına 600-dən çox müxtəlif tibbi avadanlıq verilib. 80 km-dən çox elektrik xətti, 30-dan çox transformator yarımstansiyası bərpa edilib. Bu da 63 yaşayış məntəqəsini elektrik enerjisi ilə təmin etməyə imkan verib. 14 yaşayış məntəqəsi su ilə təmin olunub. Sülhməramlıların müşayəti ilə 1750-dən çox zəvvar sərhəd xəttinin yaxınlığındakı məbədləri ziyarət edib.

Ümumilikdə, 2020-ci il 23 noyabr tarixindən Rusiya Hərbi Mühəndisləri və Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri 2165 hektar ərazini, 657,3 km yolu, 1892 binanı, o cümlədən 30 sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləyib. 25 min 640 partlayıcı obyekt aşkarlanıb və zərərsizləşdirilib”, - deyə nazirlik qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az