Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırdı

Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırdı

Rusiya Azərbaycana T-90C tanklarının tədarükü ilə bağlı bütün öhdəliklərini yerinə yetirib.

Bu barədə jurnalistlərə açıqlamasında "Uralvaqonzavod” ASC-sinin baş direktoru Oleq Siyenko deyib.

"Üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirdik”, - Siyenko TASS nəşrinin müvafiq sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, Rusiya ikitərəfli müqavilələr çərçivəsində Azərbaycana T-90C tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az