Antalıyada 2008-ci ildə bir avtomobilin vurması səbəbindən yaralanan Rusiyalı gəncə 4 ildir öz övladı kimi baxan Gülüsüm Qabadayı, ötən gün axşam Rusiyanın ən popiliyar televiziya proqramlarından olan və 1-ci kanalda yayımlanan "Pust Qovariyat"ın qonağı oldu.
Antalıyada başına gələn qəzadan sonra, təcili götürüldüyü Ağdəniz Univeristetinin Xəstəxanasında ranimasiyada olduğu müddətdə heç bir qohum-əqrabası tərəfindən axtarılmayan sahibsiz gəncə xəstəxanada "Ümid"adı verilib.Türkiyənin sabiq dövlət naziri Neymət Çubukçunun yardımı ilə Ümidə şəxsiyyət vəsiqəsi çıxarılaraq Musafa Öz adı verilib.
Ümidin ailəsin neçə illərdi axtaran Gülüsüm Qabadayı, gəncin rus olduğunu fikirləşərək, kiristina adlı bir rus qızı ilə onunla danışmasını istəyrək rus olub olmadığını öyrənə bilib. Rus dilində kristina Ümidlə danışan zaman onun gözlərindən yaş gəldiyini və kristinanın dediyi sözləri başa düşərək müxtəlif reaksiyalar verməyə başlayıb.
Rusiyalı həmkarımız Nina Serebrenkonun müxtəlif epizodlarının yayımladığı proqramda, "Ümidə diqqətli baxan. Bəlkə də 4 ildir oğlunuzu, qardaşınızı və ya sizin üçün dəyərli birini axtarırsınız" deyərək, gənc adamın əqrabalarına və onu tanıyanlara müxtəlif mesajlar göndərilib.
Təqribən 1 saat davam edən proqramda Gülsüm Qabadayı və ailəsinin Ümid ilə bir günlük yaşam tərzləri ekranlara gətirilib. Görüntülərdə rus həmkarımız da Ümid ilə rus dilində danışaraq onun reaksiyasını öyrənməyə çalışıb. müxbirin rus dilində "Rus dilində başa düşürsən. Əgər başa düşürsənsə, dilini çıxar" deyib. Belə olan halda Ümid dilini çölə çıxarmağa başlayıb.