Rusiya Müdafiə nazirinin müavini Yerevana gəldi
Rusiya Müdafiə nazirinin müavini general-polkovnik Andrey Kartapolov Ermənistana gəlib.
Virtualaz.org bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz Facebook səhifəsində yazıb.
Nazir müavini A.Kartapolovun Ermənistanda keçirilən "Sülh döyüşçüsü" ArMİ-2020 beynəlxalq yarışmasının bağlanış mərasimində iştirak etmək üçün gəldiyi bildirilir.
Onun həm də Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşü planlaşdırılıb.