Rusiya Qafqaz ordularını döyüş hazırlığı vəziyyətinə gətirir
Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi və Hava Desant Qüvvələrinin qəfil döyüş hazırlığının yoxlanılması başlayıb.
Rusiya mətbuatına istinadən Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib. Onun sözlərinə görə, yoxlamalar zamanı Cənub Hərbi Dairəsinin müxtəlif xarakterli böhranlı situasiyalara reaksiyası öyrəniləcək.
Qeyd edək ki, Rusiya bundan öncə Xəzər donanmasında qəfil döyüş hazırlığı yoxlamaları həyata keçirib.
Miq.az