Rusiya Qərbi qorxutmaq üçün bu addımı atır

Rusiya Qərbi qorxutmaq üçün bu addımı atır

Rusiya Qərb ölkələrini nüvə fəlakəti ilə qorxutmağa çalışır. Bunun üçün onlar işğal altında olan Enerqodardakı Zaporojye Atom Elektrik Stansiyasından istifadə edirlər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

"AES-in ətrafında yerləşdirilən rus qoşunları son həftələr Ukraynanın Nikopol və başqa mövqelərinə hücum edərək, Ukraynanı qəsdən çətin vəziyyətə salıblar. Ya Ukrayna atəşə cavab verərək beynəlxalq qınağa məruz qalacaq və nüvə insidentini riskə atacaq (Ukrayna qüvvələrinin bunu etmək ehtimalı azdır), ya da Rusiya qüvvələrinə mövqelərini "təhlükəsiz zonadan” atəşə tutmasına icazə verəcək. Görünür, işğalçılar ümid edirlər ki, mümkün nüvə fəlakəti Qərb ölkələrini Ukraynaya cənubu işğaldan azad etməkdə köməkdən çəkindirəcək”, - bəyanatda deyilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az