Rusiyanın Usmanski rayonunda məktəbli qızı oğurlayaraq ona qarşı cinsi xarakterli hərəkətlər etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, istintaqın məlumatına görə, avqustun 4-ü günorta saatlarında rayonun Poddubrovka kəndində biri 36 yaşlı azərbaycanlı olan iki yerli sakin mağazaya gedən 14 yaşlı məktəbli qızın qarşısını kəsərək onu maşına əyləşdirib və meşəyə aparıb.
Orada canilər yeniyetməyə qarşı cinsi xarakterli hərəkətlər ediblər. Lakin zərərçəkən adam oğrularının diqqətindən yayınaraq qaçmağa müvəffəq olub. Hadisədən xəbər tutan qızın valideynləri polisə müraciət ediblər.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb. Onunla əlbir olan şəxs isə qaçmağa macal tapıb. Cinayətkar hazırda axtarışdadır.
Rusiya İstintaq Komitəsinin Lipetsk rayonu üzrə idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə cinayət işi qaldırılıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?