Vətəninfo.az xəbər verir ki, Rusiyanın Sankt Peterburq şəhərində azərbaycanlı oğurlanıb. ANS PRESS-in məlumatına görə, ötən gün saat 16:30 radələrində 4 naməlum şəxs "Pulkova" hava limanında içərisində azərbaycanlı şəxs və iki cangüdən olan avtomobilə hücum ediblər. "İnterfaks"ın məlumatına görə, hücumçulardan 3-ü qara maskada, biri isə ədliyyə mayoru geyimində olub. Əli silahlı şəxslər adı açıqlanmayan şəxsi cangüdənləri ilə birgə öz mikroavtobuslarına oturmağa vadar ediblər. Yolda onlar 40 yaşlı Azərbaycan vətəndaşının içərisində 1,5 milyon dollar olan çemodanını, mobil telefonlarını əllərindən alıblar. Daha sonra qaçırdıqları hər 3 şəxsi Volxonsk şosesində ataraq qaçıblar. Zərərçəkənlər axşam saatlarında polisə müraciət ediblər.
Qarət edilən azərbaycanlı ilə bağlı bəzi təfərrüatlar da üzə çıxıb. Belə ki,məlumata görə, iş adamı Sankt Peterburqa Dubay reysi ilə gəlib. O, bildirib ki, Sankt Peterburqda elit mənzilə pul yatırmaq üçün sərmayə toplayıb. O, hava limanından çıxanda 6 idmançı görünüşlü şəxs "Ford" markalı maşından düşərək ona "komitə işləyir" qışqıraraq ona yaxınlaşıb. Silahlı şəxslər çox operativ və əlbir şəraitdə işləyiblər. Qeyd edək ki, bu ilk belə hal deyil. Belə ki, 2013-cü ilin sentyabr ayında da Sankt Peterburqun "Pulkova 2" hava limanında Azərbaycanlı iş adamının 2,5 milyon avro pulu oğurlanmışdı. O zaman da hadisə eyni ssenari üzrə qeydə alınmışdı.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT