Rusiyada mikroavtobus yük maşını ilə toqquşub, dörd nəfər ölüb

Rusiyada mikroavtobus yük maşını ilə toqquşub, dörd nəfər ölüb

Rusiyada Orenburq şəhərinin yaxınlığında mikroavtobusla "MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində dörd nəfər ölüb, beş nəfər xəsarət alıb.

"Miq.Az" RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə Orenburq-Samara yolunda baş verib.

Belə ki, Buzuluk şəhərinə doğru hərəkət edən sərnişin mikroavtobusu ilə qoşqulu olan "MAN” markalı yük avtomobili toqquşub. 

Yol qəzası nəticəsində mikroavtobusda olan dörd sərnişin ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az