Rusiyanın döyüş təyyarəsi qəzaya uğradı

Rusiyanın döyüş təyyarəsi qəzaya uğradı

Rusiyanın Hərbi hava Qüvvələri üçün "Sukhoi” şirkəti tərəfindən istehsal olunan beşinci nəsil döyüş təyyarəsi Su-57 qəzaya uğrayıb.

"Miq.Az" xəbər verir ki, haidisə "Sukhoi” şirkətinin "Komsomolsk-on-Amur Aviasiya İstehsal İdarəsi”nin yaxınlığında olub.

Səhər saatlarında Xabarovsk bölgəsində yerləşən Dzyomgi aviabazasından havaya qalxan Su-57-nin texniki problem yaşadığı və pilotun uçuş kreslosu ilə təyyarəni tərk etdiyi bildirilib.

Pilot əraziyə göndərilən axtarış-xilasetmə vertolyotu ilə xilas edilib. Test pilotunun sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az