Rövnəq Abdullayev və Elman Rüstəmov da namizəd olacaq

Rövnəq Abdullayev və Elman Rüstəmov da namizəd olacaq
Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısı ilə bağlı müzakirələr artmaqdadır.
Miq.az Gununsesi.info-ya istinadla xəbər verir ki, YAP-ın namizədləri siyahısına yeni isimlər əlavə olunub.
Bunlar Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri Elman Rüstəmov və İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevdir.
Məlumata görə hər iki şəxs YAP-ın deputatlığa namizədləri kimi elan olunacaq.
Rövnəq Abdullayevin 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi irəli sürüləcək.
Elman Rüstəmov gəlincə, onun da namizədliyi 120 Saylı Cəbrayıl Seçki Dairəsindən elan olunacağı deyilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az