Türkiyədə öldürülən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilib.
Xəbər verdiyimiz kimi onun nəşini daşıyan özəl təyyarə artıq Lənkəran aeroportunda eniş edib.
Aeroportda böyük izdiham müşahidə olunur. Hava limanında 2-3 min yerli sakinin olduğu bildirilir. Vətəndaşlar Lənkəranskinin cənazəsini evinə qədər, "Allahu Əkbər" və "Rövşən, Rövşən” deyərək yola salırlar.
Miq.az xəbər verir ki, Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə gətirilən cənazəni 20 mindən çox insan qarşılyıb.
Rövşən Canıyevin nəşinin evinə yola salınma mərasimindən çəkilmiş videonu təqdim edirik: