Röya bağ evinin müsadirə edilməsindən danışdı

Röya bağ evinin müsadirə edilməsindən danışdı
Xəbər verdiyimiz kimi, tanınmış sahibkar Çingiz Cəlilov həbs olunub. Onun sahibi olduğu "Çudo peçka" dükanlar şəbəkəsinə daxil olan bütün obyektlər vergi borcuna görə möhürlənərək bağlanıb.

Çingiz Cəlilovun adına olan bağ evləri və Bakıda yerləşən yaşayış evlərinin də müsadirə olunduğu deyilir. 

Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının keçmiş gəlini, müğənni Röyaya bağışladığı Nabrandakı milyonluq bağ evi də var.

Miq.az xəbər verir ki, məslə ilə bağlı metbuat.az-a açıqlama verən Röya bildirib ki, hazırda xaricdə istirahətdədir, bu məlumatlardan xəbəri yoxdur:

"Hər yayılan xəbər düz olmur. Bilmirəm ki, bağ məsləsini kim yayıb. Çingiz Cəlilov mənə bağ evi hədiyyə verməyib ki, müsadirə edilsin! Boş-boş söhbətlərdir".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az