Sabiq deputatın bazarının işığı kəsildi –28 min borca görə

Sabiq deputatın bazarının işığı kəsildi –28 min borca görə
Kürdəmir rayon Mərkəzi Bazarının elektrik enerjisi ilə təchizatı 8 gündür məhdudlaşdırılıb.

Bu barədə Lent.az-a bazarda fəaliyyət göstərən ticarətçilər məlumat verib. Elektrik verilişinin kəsilməsi səbəbindən bəzi iş adamları xeyli ziyana düşüb. Bildirilir ki, elektrik enerjisi obyektin işıqpuluna görə xeyli borcunun yaranması səbəbindən kəsilib. Bazarın "Azərenerji”yə 28 min manat borcu var.

Qeyd edək ki, bu bazar Aran regionunda ən iri ticarət mərkəzi hesab edilir. Bazar keçmiş deputat, iş adamı Fərhad Qəribova məxsusdur. Obyektə rəsmən Fərhad Qəribovun oğlu Zöhrab Qəribov rəhbərlik edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az