Problemlə əlaqədar prezidentə müraciət gönədrildi
Aprelin 9-dan Sabunçu qəsəbəsinin M.Aydınbəyov küçəsində yerləşən mənzillərə içməli suyun verilməsi dayandırılıb. Bu barədə “Vətəninfo.az”a həmin qəsəbənin sakini, Aydınbəyov 13 ünvanında yaşayan jurnalist Cəsur Sümərinli məlumat verib. Onun sözlərinə görə, su kəsilərkən əhaliyə hər hansı xəbərdarlıq edilməyib və bu səbəbdən sakinlər hər hansı ehtiyat tədbiri görməyiblər.
Bu gün C.Sümərinli məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayonu su idarəsi ilə əlaqə saxlayıb. 425-53-50 saylı telefonun dəstəyini qaldıran növbətçi su xətlərində təmir getdiyini və suyun bir neçə gündən sonra əhaliyə veriləcəyini bildirib.
“Azərsu” ASC-nin dispetçer xidmətinin 511-75-68 saylı telefonla adının çəkilməsini istəməyən növbətçi isə bildirib ki, su sakinlərə sabah veriləcək. C.Sümərinlinin sözlərinə görə, sabah Sabunçu qəsəbəsinə suyun veriləcəyi inandırıcı deyil. Onun sözlərinə görə, havalar isti keçdiyindən suyun verilməməsi qəsəbə sakinlərinin narazılığına səbəb olub. “Görünür bu isti yaz günlərində kimsə sakinlərin heysiyyatı ilə oynamaq fikrinə düşüb”, - deyə o bildirdi. C.Sümərinli problemlə əlaqədar ölkə prezidenti İlham Əliyeviə elektron poçtu vasitəsilə müraciət etdiyini də bildirdi.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?