Vətəninfo.az 1news.az-a istinadən xəbər verir ki, Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran və karyerasına son qoyan müğənni Safurə Əlizadə ilk dəfə olaraq mətbuata müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Safurə, həyatın toydan sonra necə dəyişdi?
- Hər şey əlbəttə yaxşı tərəfə dəyişdi. Mənim üçün çox vacib olan, karyeramla bağlı və həyatımın prioriteti hesab etdiyim hər şey arxa plana keçdi .Mənim üçün ailəm və onunla bağlı hər şey ən vacib oldu. Sevilən olmaq və sevmək ən böyük xoşbəxtlikdir.
- Səhnə üçün darıxmırsan? Çoxsaylı fanatlarına nə demək istərdin?
- Düzünü deyim ki, darıxmağa vaxtım yoxdur. Ətrafımda tez-tez məni görməyə gələn çoxlu dostlarım, qohumlarım, yaxınlarım var. Vaxt ayırıb biz də onlara gedirik və bu, mənim həyatımı daha ritmik edir. Özümlə tək qalmaq imkanı tapanda isə musiqi yazıram, bəzən rəsm çəkirəm. Fürsətdən istifadə edib mənə qulaq asan və sevən bütün fanatlarıma salam göndərirəm və onlara təşəkkür edirəm.
- Sənin şəkillərinə baxıram və görürəm ki, sən xoşbəxtsən. Sənin üçün xoşbəxtlik nədir?
- Bəli, mən həqiqətən xoşbəxtəm. Mənim gözəl, sevimli həyat yoldaşım, məni sevən ailəm və isti ocağım var. İnanın mənə xoşbəxt olmaq üçün başqa heç nə lazım deyil!
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT