Şahdağ Milli Parkında qanunsuz ov cəhdinin qarşısı alınıb

Şahdağ Milli Parkında qanunsuz ov cəhdinin qarşısı alınıb
Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb. Onlardan iki ov tüfəngi və 15 güllə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Miq.az-a verilən məlumata görə, araşdırma zamanı qanun pozucularının Qəbələ rayonunun Abrıx kənd sakinləri Mahir Aşurov və Rafiq Abdullayev olduğu müəyyənləşib.
Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimələnib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az