Saleh Məmmədovun həbs təhlükəsi – “Azəravtoyol” şefinin ölkədən çıxışına qadağa qoyuldu
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr Saleh Məmmədovun ölkədən çıxışına qadağa qoyulub.
Miq.Az xəbər verir ki, bu barədə rəsmi mənbələrdən məlumat daxil olub.
Bildirilib ki, Saleh Məmmədovun Fizuli-Şuşa avtomagistralının tikintisi zamanı ciddi nöqsanları üzə çıxıb. Nöqsanlarla yanaşı Məmmədovun xaricdəki ofşar hesablarına o cümlədən bütün fəaliyyətinin yoxlanıb hüquqi qiymət verilməsi də gündəmə gətirilib. Bu səbəbdən də S.Məmmədovun ölkədən çıxışına qadağa qoyuluduğu iddia olunub.
Bəzi qaynaqlar Məmmədovun ayrılmış pulun bir hissəsini mənimsədiyini və onu xaricə köçürdüyünü iddia edir. Eyni zamanda, onun başqa layihələrdən də böyük məbləğli pullar qazandığı və xaricə ötürdüyü deyilir. Güman edilir ki, bundan xəbər tutulduqdan sonra ölkədən çıxışına qadağa qoyulub və həmin pulların geri gətirilməsi tələb edilir.
Mənbələr Saleh Məmmədovun indi işdən çıxarılmamasını xaricə transfer olunmuş pulların geri qaytarılmasından sonra reallaşacağını deyirlər. Onlar bildirirlər ki, prosesin bununla bitməyəcəyi də istisna edilmir. Çünki Məmmədovun törətdiyi xəta hakimiyyət dairələrinin ciddi narazılığı və qəzəbinə səbəb olub.
Qeyd edək ki, hazırda "Azəravtoyol” ASC-ni digər bir oliqarx məmur Əvəz Qocayev idarə edir.
Xatırladaq ki, Saleh Məmmədov Azərbayacanda oliqarx məmurlardan biri sayılır. Onun ixtiyarında milyonlarla dollarla yanaşı, böyük miqdarda pullarla ölçülən əmlak və biznes sahələri var.
Onu da xatırladaq ki, Saleh Məmmədovun oğlu Sübhan Məmmədovun adına xaricdə biznes qurduğu hələ çoxdan məlum idi. Belə ki, onun Vyana şəhərində 22 iyul 2017-ci il tarixdə 30 min avro nizamnamə kapitalı və FN 457017 i saylı lisenziya ilə S.M.A.N Business Solutions GmbH şirkətini qeydiyyatdan keçirilib. Hazırda şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti və ticarət sahələrini əhatə edir. (JAMAZ.İNFO)
Qarşı tərəfi də dinləməyə hazırıq.