Vətəninfo.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 18-də, gecə saat 00:20 radələrində yolun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb. Bakı sakini, 1968-ci il təvəllüdlü Muradov Ədalət Qaçay oğlunun idarə etdiyi 99-GP-484 dövlət nömrə nişanlı “NAZ Lifan” markalı minik maşını sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü Ədalət Muradov müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Avtomobildəki sərnişin -Ucar sakini 1970-ci il təvəllüdlü Hüseynov Nemət Əlövsət oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə kömək üçün çağırılan FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-qəza xilasetmə qrupunun üzvləri müxtəlif kəsici alətlərdən istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Vətəninfo.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ