Anqlikan kilsəsinin keçmiş yepiskopu Lord Harrisin “Şahzadə Çarlzın tac qoyma mərasimində Quran oxunmalıdır” – təklifi mübahisələrə səbəb olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Harris lordlar palatasındakı çıxışında deyib. Məqsədinin, ölkədə yaşayan müsəlmalara bu cəmiyyət tərəfindən mənimsənildiklərini hiss etdirmək olduğunu deyən Lord Harris bunun xoşməramlı bir hərəkət olacağını bildirib.
Kilsənin öz tarixi mövqeyində qonaqpərvərlik nümayiş etdirməli olduğunu deyən Harris həmçinin ötən il yüksək çinli bir müsəlmanın istəyi ilə “Bristol” katedralında Qurani Kərim oxunduğunu xatırladıb.
“Bu, müsəlmanları səmimiyyətlə qucaqlayan gözəl, uzalşdırıcı bir addım idi”.
Yerli xristianlar Lord Harrisin bu fikirlərini sərt şəkildə tənqid ediblər. Xristian Araşdırmaları Mərkəzinin nümayəndəsi Simon Kalvert xristian liderin, xristian monastrında keçirilən tac qoyma mərasimində Quran oxunmasının insanları çaşdıracağını deyib.
“Spectator” jurnalının redaktor müavini Duqlas Murrey isə bu fikrin səhv olduğunu deyib:
“Əgər tac qoyma mərasiminə müsəlmanlar gələcəksə, o zaman hindular və ateistlər də gəlməlidir. Belə bir mərasimdə Quran oxunacaqsa qoy onda İngiltərədə qılınan cümə namazlarında krala və silahlı qüvvələrimizə dua edilsin”.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib