Sarkisyanın müavinini Belçikada döydülər

Sarkisyanın müavinini Belçikada döydülər

Belçikada naməlum şəxslər Ermənistanın hakim Respublika partiyasının sədr müavini (sədr prezident Serj Sarkisyandır-red.), sabiq elm və təhsil naziri Armen Aşotyana hücum edərək döyüblər.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bu barədə o öz facebook səhifəsində yazıb.

"Bax, indi yaza bilərəm. Belçikanın Lyoven şəhərində olduğum son gecə, mehmanxananın girişində hücuma məruz qaldım. Belçika polisi bu işi icraata götürdü”, - deyə A.Aşotyan qeyd edib.

Onun sözlərinə görə, yaxınları narahat olmasınlar deyə, bu barədə Ermənistana qayıdana qədər heç kimə məlumat verməyib.

"Xoşbəxtlikdən daha ciddi fiziki xəsarət almaqdan qurtuldum. Baxmayaraq ki, axırıncı cərrahi əməliyyatdan sonra qoltuq ağacından istifadə edir və güclə gəzirdim”, - deyə Aşotyan vurğulayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az