Səfər Mehdiyevin daha bir adamı işdən çıxarıldı

Səfər Mehdiyevin daha bir adamı işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə yaxınlığı ilə tanınan daha bir yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.
Miq.Az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə gömrük xidməti polkovniki Əjdər Abdullayev Komitənin Növbətçi Hissələri İdarəetməsi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Qeyd edək ki, Abdullayev Əjdər Alı oğlu 1998-ci ildən indiyədək Gömrük Komitəsində inspektor, Növbətçi Hissənin rəisi işləyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az